1news.az

“Yeni Hayat” 15 yaşını qeyd edir – FOTO

25 Dekabr saat 11:30 ~ 3 dəqiqəlik oxu 312
“Yeni Hayat” 15 yaşını qeyd edir – FOTO

“Yeni Həyat” Şirkətlər Qupu özünün 15 yaşını, “Megafun” isə 5 yaşını qeyd edir.

Bununla bağlı dekabrın 22-də “Megafun” AVM-də Azərbaycanın məhşur sənətçilərinin, eləcə də müxtəlif əyləncə ustalarının iştirakı ilə şirkətin yaşayış komplekslərinin sakinləri üçün  xüsusi konsert proqramı təşkil olunub. 

2002-ci ildə yaradılmış, öz yenilikçi ideyaları və novatorluğu ilə fərqlənən “Yeni Həyat” Şirkətlər Qrupu artıq 15 ildir ki ölkənin tikinti-inşaat sektorunda ən öncül şirkətlərdən biri kimi tanınmaqdadır. Tam spektrda xidmət göstərən “Yeni Həyat” memari layihələrin yaradılması, mühəndislik hesablamaların aparılması, innovativ texnologiyalar, materiallar və unikal istehsalat imkanlarının istifadəsi ilə keçirilən tikinti işlərindən başlayaraq interyer və landşaft dizaynına qədər istənilən mürəkkəblikdə məsələləri həll edir. Bu müddət ərzində şirkət “Yeni Hayat Residence”, “Yeni Hayat Plaza”, “Azure” və “Park Azure” kimi şəhərimizin memari inciləri sayılan komplekslərin inşasını yüksək keyfiyyətlə yekunlaşdıraraq öz sakinlərinin istifadəsinə təhvil verib.

“Yeni Həyat” layihələri üzrə sakinlərin ixtiyarına toplam olaraq 1056 mənzil və 214 ofis təqdim edilib. Şirkət bu günə kimi həmin mənzillər üzrə sakinlərin gündəlik ehtiyaclarını, istirahət, təhsil, sağlamlıq kimi zəruri tələblərini qarşılayaraq 24 saat təhlükəsizlik, təmizlik, müştəri qarşılama xidmətlərini uğurla yerinə yetirir. Bununla yanaşı  komplekslərdə yaradılmış əyləncə və iaşə obyektləri sakinlərə yüksək keyfiyyətdə xidmət göstərməkdədir.

Öz orijinallığı və xüsusi dizaynı ilə “Yeni Həyat” Şirkətlər Qrupunun hazırda inşası yekunlaşdırılmaq üzrə olan “Grand Hayat” layihəsi möhtəşəmliyi ilə xüsusi fərqlənir. Qeyd edək ki, 1920 mənzildən ibarət “Grand Hayat” “7S” keyfiyyət standartlarına əsasən inşa olunmaqla yanaşı müasir həyatın bütün elementlərini və komfortlu yaşam tərzini özündə birləşdirir: 1S - binalara tam xidmət, 2S - təmirli mənzillər, 3S - həyətyanı istirahət parkı, 4S - hipermarket, 5S - idman və sağlamlıq mərkəzi, 6S - uşaq bağçası və məktəbəqədər təhsil, 7S - əyləncə mərkəzi. 

“Grand Hayat” yaşayış kompleksi Bakının infrastruktur baxımdan ən əlverişli ərazilərindən biri hesab edilən Tbilisi pr., 1054 ünvanında inşa edilir. Burada müştərilərə 1, 2, 3 və 4 otaqlı komfortlu mənzillər nağd (eyvan və qaraj hədiyyə olmaqla) və 3 illik müddətə faizsiz hissəvi satış şərtləri ilə təklif olunur.

“Yeni Həyat” 2018-ci ilin ilk günlərində də öz sakinlərini və qonaqlarını bol əyləncə dolu konsert gecəsi ilə sevindirmək niyyətindədir. Belə ki, 12 yanvar 2018-ci il tarixində “Megafun” AVM-də ölkənin məşjur sənətçilərinin də qatılacağı maraqlı bir konsert proqramı təşkil olunacaq. “Yeni Həyat” Şirkətlər Qrupu hər kəsi bu əyləncəli və maraqlı anları bir yerdə yaşamağa dəvət edir.

Ətraflı məlumat üçün şirkətin 922 qısa nömrəli Məlumat mərkəzi ilə əlaqə saxlaya bilərsiniz.

Reklam hüququnda

OXUCULARIN SEÇİMİ
REDAKSİYANIN SEÇİMİ
İqtisadiyyat BÖLMƏSİNDƏN DİQƏR XƏBƏRLƏR

OXUCULARIN SEÇİMİ

SON XƏBƏRLƏR

yuxarı
Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır.

© Copyright 2007-2018 "The First News" İnformasiya Agentliyi,,
Bütün hüquqlar qorunur
entonee.net