1news.az

Tramp haqqında kitab satış rekordları qırır - FOTO 

7 Yanvar saat 13:17 ~ 1 dəqiqəlik oxu 70
Tramp haqqında kitab satış rekordları qırır - FOTO 

ABŞ prezidenti Donald Trampın vəzifədə olmasının 1 ili ilə bağlı “Od və qəzəb: Trampın Ağ evində” adlı kitab satış rekordlarını qırır.

1news.az-ın hurriyet-ə istinadla verdiyi xəbərə görə, kitab cümə günü satışa çıxarılmasına baxmayaraq, bir neçə saat ərzində bitib. Kitabın müəllifi Maykl Vulfdur.

Müəllifin sözlərinə görə, Trampın ətrafındakı insanlardan alınan yüzlərlə müsahibənin daxil olduğu kitab onun prezidentliyinin ilk ilində baş verən hadisələrdən bəhs edir.

Kitabda bir sıra məqamlar yer alıb. Misal üçün, Tramp Ağ Evə yerləşdikdən sonra otağında iki yeni televizor gətirdib, zəhərlənmə qorxusundan uzun müddət hazır hamburger yeyərək saatlala otağında televizor seyr edirmiş.

Tramp isə öz növbəsində yazarın iddia və lətifələri olan kitabı “saxta” və “yalan” adlandırıb.

Həmçinin Tramp “əqli cəhətdən sağlam olmayan insandan prezident olmaz” iddiasına cavab olaraq ABŞ-ın ən mötəbər ali təhsil ocaqlarından birinə getdiyini, çox istedadlı şagird olduğunu, milyard dollar həcmində şirkətlər qurduğunu və namizədliyinin ilk ilindən prezident seçildiyini qeyd edib.

Trampın vəkilləri prezidentin şərəf və ləyaqətinin tapdalanmasından dolayı yazıçı və nəşriyyat evini məhkəməyə verəcəklərini açıqlayıblar.

Həmçinin “Od və qəzəb: Trampın Ağ evində” kitabı artıq “Amazon” saytında satış üzrə liderlər arasında yer alıb.

S.Xankişiyeva

 

 

OXUCULARIN SEÇİMİ
REDAKSİYANIN SEÇİMİ
Dünya BÖLMƏSİNDƏN DİQƏR XƏBƏRLƏR

OXUCULARIN SEÇİMİ

SON XƏBƏRLƏR

yuxarı
Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır.

© Copyright 2007-2018 "The First News" İnformasiya Agentliyi,,
Bütün hüquqlar qorunur
entonee.net