1news.az

Tərtərdə əl qumbarası tapılıb - FOTO

6 Yanvar saat 19:22 ~ 1 dəqiqəlik oxu 53
Tərtərdə əl qumbarası tapılıb - FOTO

Tərtər rayonu ərazisində 1 ədəd əl qumbarası tapılıb.

1news.az-a ANAMA-nın mətbuat xidmətindən verilən xəbərə görə, bu gün Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən və Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən Agentliyə Tərtər rayonu, Yuxarı Qaradağlı kəndi ərazisində 1 ədəd mərminin tapılması barədə məlumatlar daxil olub.

Məlumatlara əsasən, Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu dərhal həmin əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri tərəfindən yuxarıda adı çəkilmiş ərazidə 1 ev və həyətyanı sahəyə baxış keçirilib, aparılan təcili təxirəsalınmaz operativ əməliyyat axtarış tədbirləri nəticəsində 1 ədəd F-1 əl qumbarası aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Aşkar olunmuş əl qumbarasının ətrafında 500 kv.m əraziyə yerüstü baxış keçirilib, bundan əlavə təhlükəli əşya və qurğu aşkar edilməyib.

Bu əməliyyat Böyük Britaniya Hökuməti tərəfindən maliyyələşdirilib.

Ümumilikdə, Agentlik tərəfindən 1 yanvar-6 yanvar 2018-ci il tarixlərində Tərtər və Lənkəran rayonları ərazisində 1 ev və həyətyanı sahəyə, 1 əkin sahəsinə və bazar ərazisinə baxış keçirilib, 2 ədəd partlamamış hərbi sursat aşkar olunaraq zərərsizləşdirilib, 5 800 kv.m ərazi yoxlanılıb.

S.Xankişiyeva

 

OXUCULARIN SEÇİMİ
REDAKSİYANIN SEÇİMİ
Cəmiyyət BÖLMƏSİNDƏN DİQƏR XƏBƏRLƏR

OXUCULARIN SEÇİMİ

SON XƏBƏRLƏR

yuxarı
Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır.

© Copyright 2007-2018 "The First News" İnformasiya Agentliyi,,
Bütün hüquqlar qorunur
entonee.net