1news.az

Stokholm metrosunda partlayış zamanı yaralananlardan biri ölüb – YENİLƏNİB

7 Yanvar saat 18:41 ~ 1 dəqiqəlik oxu 45
Stokholm metrosunda partlayış zamanı yaralananlardan biri ölüb – YENİLƏNİB

Bu gün Stokholm metrosunda partlayış zamanı yaralanan 60 yaşlı kişi həyatını itirib.

1news.az-ın APA-ya istinadla verdiyi xəbərə görə, bu barədə İsveç polisi məlumat yayıb.

Partlayışda yaralanan 45 yaşlı qadın həmin kişinin həyat yoldaşı olub. Üzündən və ayağından yaralanan qadın xəstəxanaya yerləşdirilib.

Polis qətl və ictimai təhlükəsizliyə qarşı cinayətlə bağlı ilkin təhqiqata başlayıb.

16.28

Stokholmun “Vorbyu qord” metrostansiyasında partlayış baş verib.

1news.az-ın RİA Novosti-yə istinadla verdiyi xəbərə görə, xəsarət alan şəxs yerdən əl qumbarasını qaldırıb.

Nəticədə partlayış baş verib və orta yaşlarında olan kişi ağır bədən xəsarətləri alıb.

Partlayışdan sonra metro və ətrafı polis tərəfindən əhatəyə alınıb.

S.Xankişiyeva

 

OXUCULARIN SEÇİMİ
REDAKSİYANIN SEÇİMİ
Dünya BÖLMƏSİNDƏN DİQƏR XƏBƏRLƏR

OXUCULARIN SEÇİMİ

SON XƏBƏRLƏR

yuxarı
Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır.

© Copyright 2007-2018 "The First News" İnformasiya Agentliyi,,
Bütün hüquqlar qorunur
entonee.net