1news.az

Səudiyyə Ərəbistanında yeni həbslər: 11 şahzadə saxlanılıb

6 Yanvar saat 16:09 ~ 1 dəqiqəlik oxu 136
Səudiyyə Ərəbistanında yeni həbslər: 11 şahzadə saxlanılıb

Səudiyyə Ərəbistanının kral qvardiyası sarayda etirazlarla əlaqədar 11 şahzadəni saxlayıb.

1news.az-ın RİA Novosti-yə istinadla verdiyi xəbərə görə, kral ailəsinin üzvləri kral Salman bin Əbdül Əziz əl-Səudun şahzadələrin su və elektrik hesablarının ödənilməsinin dayandırılması barədə qərarına etiraz edərək bunun ləğv olunmağını tələb ediblər.

Şahzadələr üç il öncə baş vermiş cinayətdə ittiham olunan əmisioğulları üçün pul təzminatı da əldə etmək istədiklərini bəyan ediblər. Etiraz edən şəxslər sarayı tərk etməkdən imtina etdikləri üçün kral qvardiyası onları saxlayıb.

Şahzadələr “Əl-Hayr” həbsxanasında saxlanılırlar.

S.Xankişiyeva

 

OXUCULARIN SEÇİMİ
REDAKSİYANIN SEÇİMİ
Dünya BÖLMƏSİNDƏN DİQƏR XƏBƏRLƏR

OXUCULARIN SEÇİMİ

SON XƏBƏRLƏR

yuxarı
Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır.

© Copyright 2007-2018 "The First News" İnformasiya Agentliyi,,
Bütün hüquqlar qorunur
entonee.net