1news.az

Salyanda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxs tutulub

5 Yanvar saat 22:03 ~ 1 dəqiqəlik oxu 60
Salyanda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxs tutulub

Salyan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinin qarşısının alınması, həmin əməlləri törədən şəxslərin aşkar edilərək məsuliyyətə cəlb olunmaları istiqamətində uğurlu əməliyyat tədbiri həyata keçirilib. Əməliyyat nəticəsində külli miqdarda narkotik vasitə aşkarlanaraq götürülüb.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin Şirvan regional qrupundan 1news.az-a verilən məlumata görə, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən, əvvəllər də eyni əməllərinə görə məhkum olunmuş rayon sakini Elmar Rəsulov polis əməkdaşları tərəfindən saxlanılıb. E.Rəsulovun üzərinə baxış zamanı ümumi çəkisi 17,763 qram narkotik vasitə olan tiryək götürülüb.

Əməliyyatın davamı olaraq onun yaşadığı evə baxış zamanı ümumi çəkisi 351,833 qram tiryək, ümumi çəkisi 1,378 qram olan heroin və bir tərəzi aşkar edilərək götürülüb.

Faktla bağlı Salyan Rayon Polis Şöbəsinin istintaq bölməsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, istintaq gedir.

1news.az

OXUCULARIN SEÇİMİ
REDAKSİYANIN SEÇİMİ
Cəmiyyət BÖLMƏSİNDƏN DİQƏR XƏBƏRLƏR

OXUCULARIN SEÇİMİ

SON XƏBƏRLƏR

yuxarı
Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır.

© Copyright 2007-2018 "The First News" İnformasiya Agentliyi,,
Bütün hüquqlar qorunur
entonee.net