1news.az

Röya Aygünü məhkəməyə verdi – VİDEO

27 Dekabr saat 17:04 ~ 1 dəqiqəlik oxu 746
Röya Aygünü məhkəməyə verdi – VİDEO

Əməkdar artist Röya Ayxan həmkarı Aygün Bəyləri məhkəməyə verib.

1news.az-ın “Qafqazinfo”-ya istinadən verdiyi xəbərə görə, bu barədə sənətçinin vəkili Namiq Şükürov primetime.az saytına açıqlamasında bildirib:

“Röya xanımın adından onun şərəf və ləyaqəti müdafiə olunması ilə əlaqədar olaraq məhkəməyə müraciət edilib”.

Qeyd edək ki, əməkdar artist Aygün Bəylər “Səhər-səhər” verilişində Röyanın sənətinin olmadığını bildirmişdi.

Bu arada Aygün Bəylərin prodüseri Sultan Mustafayev məhkəmə xəbərinə münasibət bildirib. O, "Qafqazinfo"ya danışaraq Röyanın onları məhkəmə ilə hədələdiyini qeyd edib:

“Röya Ayxan yenə sənətdən kənar olduğunu sübut elədi. Röya mənə verdiyi sözə əməl etmədi. Canı sağ olsun. Ondan qorxan ona oxşasın. Əgər sən xanım-xatın biri idinsə, barışıq əli uzadardın. Deməli, sən həqiqətəndə sənətkar yox, sənətdən kənar insansan”. 

1news.az

OXUCULARIN SEÇİMİ
REDAKSİYANIN SEÇİMİ
Şou-biznes BÖLMƏSİNDƏN DİQƏR XƏBƏRLƏR

OXUCULARIN SEÇİMİ

SON XƏBƏRLƏR

yuxarı
Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır.

© Copyright 2007-2018 "The First News" İnformasiya Agentliyi,,
Bütün hüquqlar qorunur
entonee.net