1news.az

Ötən il Gürcüstanda yanacaq 30% bahalaşıb

7 Yanvar saat 19:17 ~ 1 dəqiqəlik oxu 39
Ötən il Gürcüstanda yanacaq 30% bahalaşıb

Keçən il Gürcüstanda bir sıra istehlak mallarının qiyməti artıb.

1news.az-ın AZƏRTAC-a istinadla verdiyi xəbərə görə, bu barədə Gürcüstanın Milli Statistika Xidməti məlumat yayıb.

Xidmətin məlumatına əsasən, il ərzində ən çox tütün və alkoqollu içkilərin qiyməti qalxıb. Yerli istehsal olan tütün məhsullarının qiyməti 45 faiz, xaricdən gətirilən siqaretin qiyməti 32 faiz bahalaşıb. Spirtli içkilərdə bahalaşma 17,5 faiz həddində olub.

Bahalaşan məhsullar sırasında ikinci yerdə yanacaq dayanır. 2017-ci ildə avtomobil yanacağının (benzin, dizel və maye qaz) qiymətləri 30 faiz bahalaşıb. Digər yanacaq növlərində bahalaşma 15 faiz olub.

Səhiyyə xidmətlərində bahalaşma 8,1 faiz, ərzaq və spirtsiz içkilərin qiymətlərində 7,3 faiz təşkil edib.

Gündəlik tələbat məhsullarından kartof, pomidor, xiyar, limon, düyü, xama, şəkər, alma və digər məhsulların qiymətlərində artım 17-68 faiz arasında dəyişib.

İl ərzində qonşu ölkədə 6,7 faizlik inflyasiya qeydə alınıb.

S.Xankişiyeva

 

OXUCULARIN SEÇİMİ
REDAKSİYANIN SEÇİMİ
Gürcüstan BÖLMƏSİNDƏN DİQƏR XƏBƏRLƏR

OXUCULARIN SEÇİMİ

SON XƏBƏRLƏR

yuxarı
Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır.

© Copyright 2007-2018 "The First News" İnformasiya Agentliyi,,
Bütün hüquqlar qorunur
entonee.net