1news.az

Milli Oftalmologiya Mərkəzinin Səyyar Klinikası Cocuq Mərcanlıda aksiya keçirib - FOTO

6 Yanvar saat 17:32 ~ 1 dəqiqəlik oxu 54
Milli Oftalmologiya Mərkəzinin Səyyar Klinikası Cocuq Mərcanlıda aksiya keçirib - FOTO

Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Səyyar Klinikası bu gün Cəbrayıl rayonu Cocuq Mərcanlı kəndində humanitar aksiya keçirib.

1news.az-a Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin elmi təşkilat bölməsinin rəhbəri, tibb üzrə fəlsəfə doktoru Yazgül Abdiyeva bildirib ki, 2005-ci ildən indiyədək Səyyar Klinika respublikanın rayon və şəhərlərində 125 aksiya keçirib.

O bildirib ki, Mərkəzin Azərbaycanın rayon və şəhərlərində həyata keçirdiyi tibbi aksiyalar ölkədə səhiyyə ilə bağlı reallaşdırılan layihələrin tərkib hissəsidir: "Aksiyaların keçirilməsində məqsəd pasiyentlərin səhhətləri ilə bağlı olan problemlərin həllinə kömək göstərmək, göz xəstəlikləri ilə bağlı monitorinqlər aparmaq, əldə edilən nəticələri müzakirə etmək və problemlərin həllinə çalışmaqdır".

Y.Abdiyeva qeyd edib ki, müəyyən səbəblərə görə, insanların Bakıya gələrək müayinə olunması mümkün olmur: "Bu məqsədlə də Mərkəzin ən yüksək texnologiya ilə təchiz olunan Səyyar Klinikası yerli sakinlərə xidmət göstərir".

Aksiya çərçivəsində Cocuq Mərcanlıda 120-dən çox xəstə müayinə edilib.

S.Xankişiyeva

OXUCULARIN SEÇİMİ
REDAKSİYANIN SEÇİMİ
Cəmiyyət BÖLMƏSİNDƏN DİQƏR XƏBƏRLƏR

OXUCULARIN SEÇİMİ

SON XƏBƏRLƏR

yuxarı
Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır.

© Copyright 2007-2018 "The First News" İnformasiya Agentliyi,,
Bütün hüquqlar qorunur
entonee.net