1news.az

MFL-in 7-ci turu: Konferensiyalarda liderlik uğrunda mübarizə davam edir – FOTO – VİDEO

18 Dekabr saat 17:41 ~ 3 dəqiqəlik oxu 208
MFL-in 7-ci turu: Konferensiyalarda liderlik uğrunda mübarizə davam edir – FOTO – VİDEO

Azərbaycanda həvəskarlar arasında ilk mini futbol liqasının (MFL) VII turu sona çatıb.

Hər iki Konferensiyada liderlik uğrunda gərginlik davam edir. Belə ki, turnir cədvəlindəki iki komandanın eyni xal toplaması da bundan xəbər verir.

MFL oyunçularının göstəriciləri günbəgün artır. Bununla bağlı həftəlik icmalda daha ətraflı danışılacaq.

Beləliklə, A Konferensiyasının 7-ci turu bu cür nəticələndi:

Konferensiyada ən yaxşı məhsuldar ötürmə üzrə İKAU-dan olan Samirin tayı-bərabəri yoxdur, o çempionatın liderlərindən biridir.

Onun komanda yoldaşı Elvin isə ən yaxşı bombardirlər siyahısına həmişəki kimi rəhbərlik edir.

A Konferensiyasının 7-ci turunun cədvəli bu cürdür:

Gördüyünüz kimi, dərhal 4 komanda eyni xalla turnir cədvəlində ilk sıralardadır.

A Konferensiyasındakı aparıcı turların və maraqlı məqamlarla bağlı video-süjetə buradan baxa bilərsiniz:

B Konferensiyasının 7-ci turu bu cür nəticələndi:

Konferensiyda ən yaxşı məhsuldar ötürmənin sahibi həmişəki kimi “Sabunçu” komandasının oyunçusu Mehdi Əzimzadəyə məxsusdur.

“Ümid Masallı”dan olan Mehdixan hesabından 27 qol ilə Konferensiyada ən yaxşı bombardirlər siyahısına rəhbərlik edir.

B Konferensiyasının 7-ci turdan sonra 2 lider qeyd olunub – “Poseidon” və “Sabunçu”

Burada B Konferensiyasındakı aparıcı turların və maraqlı məqamlarla bağlı video-süjetə buradan baxa bilərsiniz:

“Turun ən yaxşı oyunçusu” seçilərkən Mehdi Əzimzadə üzərində seçim etmək çətin olmadı. O, “Sabunçu” – “Poseidon” qarşılaşması zamanı komandasına qələbə qazandırdı.

Bununla yanaşı, Mehdi ən çox səs toplayaraq MFL-in “Noyabrın ən yaxşı oyunçusu” adına da layiq görüldü.

 “MFL Challenge” rubrikamızın budəfəki seçimi İlqar Verdixanov oldu.

Ənənəvi “Azad Kassa” nominasiyasının qəhrəmanları “Genclik I.K”-nin 4 oyunçusu oldu. Belə ki, onlar qapıçısız oynayaraq növbə ilə komandanın qapısını qoruyublar.

Xatırladaq ki, “Azad Kassa” – tur ərzində daha çox qol buraxan qapıçılar üçün təskinlikedici mükafatdır. MFL-in sponsoru olan McDonald's Azerbaijan qapıçılar üçün çox da uğurlu  olmayan hədiyyə kuponu təqdim edir.

Hər iki Konferensiyanın bombardiri “Ümid Masallı”dan olan Mehdixandır. Onun aktivində 27 qol var.

7-ci turun simvolik yığması bu cürdür:

Məlum olduğu kimi, mövsümün sonunda hər iki liqadan olan ilk 10 komanda pley-off mərhələsinə yüksəlmək üçün bir-birilə yarışacaq. Hazırda isə ilk 20 komandanın sıralanması bu cürdür:

Bu gün, dekabrın 18-də A Konferensiyasında bu oyunlar təşkil ediləcək:

Dekabrın 21-də isə B Konferensiyasında meydanlarda bu komandalar yarışacaq:

Sonda isə, 1News.tv MFL TV ilə birgə layihəsi olan Football Talks-un yeni buraxılışını diqqətinizə çatdırmaq istərdik.

Verilişin aparıcıları – Emil Nəsirov və Rəfiqə Əziz “Ulduzlar Liqası” həvəskarlar liqasının rəhbəri – Anar Məmmədovla söhbər ediblər. Anar MFL-lə sağlam rəqabət apararaq onu ölkənin digər həvəskar liqaları üçün nümunə hesab edir.

Xatırladaq ki, Football Talks video-layihəsi 1news.azMFL-in Facebook səhifələri vasitəsilə canlı yayımlanır. Eləcə də MFL saytıMFL TV-nin Youtube kanalında yerləşdirilir.

Tərcümə: S.Xankişiyeva

 

OXUCULARIN SEÇİMİ
REDAKSİYANIN SEÇİMİ
Azərbaycan futbolu BÖLMƏSİNDƏN DİQƏR XƏBƏRLƏR

OXUCULARIN SEÇİMİ

SON XƏBƏRLƏR

yuxarı
Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır.

© Copyright 2007-2018 "The First News" İnformasiya Agentliyi,,
Bütün hüquqlar qorunur
entonee.net