1news.az

İranda saxlanan etirazçıların əksəriyyəti girov müqabilində azadlığa buraxılıb

7 Yanvar saat 19:37 ~ 1 dəqiqəlik oxu 64
İranda saxlanan etirazçıların əksəriyyəti girov müqabilində azadlığa buraxılıb

İran hakimiyyəti ölkənin bir sıra şəhərlərində etiraz aksiyaları zamanı saxlanan şəxslərin əksəriyyətini girov müqabilində azadlığa buraxıb.

1news.az-ın APA-ya istinadla verdiyi xəbərə görə, bunu bu gün İran Daxili Təhlükəsizlik qüvvələrinin rəsmi nümayəndəsi Səid Montazer əl-Mehdi bildirib.

Əl-Mehdi İran İslam Respublikasını təhqir edənlərin isə həbsdə saxlanıldığını və məhkəmə qarşısına çıxarılacağını söyləyib. Eyni zamanda aksiyalar zamanı təhlükəsizlik qüvvələrinin əməkdaşları da daxil olmaqla, 20 nəfərin öldüyünü də təsdiqləyib.

Qeyd edək ki, dekabrın 28-də İranın Məşhəd, Kirmanşah, Həmədan, Qum, İsfahan, Rəşt və digər şəhərlərində etiraz aksiyaları başlayıb. Dekabrın 29-da paytaxt Tehranda və Təbrizdə də etiraz aksiyaları başlayıb.  İran hakimiyyəti yanvarın 3-də aksiyaların başa çatdığını bəyan edib. Aksiyalar zamanı 450-dən çox insan saxlanılıb.

Mövzu ilə əlaqədar oxuyun:

Əhmədinejad İrandakı etiraz aksiyalarını dəstəklədiyi üçün həbs edilib

KİV: İranda keçirilən etiraz aksiyalarında 2 nəfər öldürülüb

S.Xankişiyeva

 

OXUCULARIN SEÇİMİ
REDAKSİYANIN SEÇİMİ
İran BÖLMƏSİNDƏN DİQƏR XƏBƏRLƏR

SON XƏBƏRLƏR

yuxarı
Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır.

© Copyright 2007-2018 "The First News" İnformasiya Agentliyi,,
Bütün hüquqlar qorunur
entonee.net