1news.az

İran məktəblərində ingilis dili qadağan edilib

8 Yanvar saat 11:06 ~ 1 dəqiqəlik oxu 58
İran məktəblərində ingilis dili qadağan edilib

İran məktəblərinin ibtidai siniflərində ingilis dilinin tədrisi qadağan edilib.

1news.az-ın hurriyet-ə istinadla verdiyi xəbərə görə, buna səbəb isə ölkənin İslam liderlərinin Qərb mədəniyyəti ilə bağlı xəbərdarlıqlarından dolayı yaranıb.  

Ali Təhsil Şurasının rəhbəri Mehdi Navid-Ədham televiziyada çıxış edərək qeyd edib ki, dövlət və özəl məktəblərdə ingilis dilinin öyrədilməsi qanun və tənzimləmərə ziddir.

Həmçinin İranın ali dini lideri Əli Xamneyi hələ 2016-cı ildə bildirib ki, əcnəbi dilin öyrənilməsinə qarşı deyil, lakin bu, gənclər və uşaqların əcnəbi mədəniyyətlə tanış olmasıdır.

Qeyd edək ki, İranın iri şəhərləri olan Tehran, Məşhəd, İsfahan və Rəştdə ötən ilin 28 dekabrından kütləvi etiraz aksiyaları keçirilir. Ölkə prezidenti Həsən Ruhani qeyd edib ki, etirazlar İrandakı problemlərlə, eləcə də digər ölkələrin təhriki ilə bağlıdır. KİV-in məlumatına görə, etirazlar zamanı 20 nəfər həlak olub, 450 nəfər isə həbs edilib. Ehtimal var ki, bu qadağa da etirazlara səbəb olan amillərdən biridir.

Mövzu ilə əlaqədar oxuyun:

Əhmədinejad İrandakı etiraz aksiyalarını dəstəklədiyi üçün həbs edilib

KİV: İranda keçirilən etiraz aksiyalarında 2 nəfər öldürülüb

S.Xankişiyeva

 

 

OXUCULARIN SEÇİMİ
REDAKSİYANIN SEÇİMİ
İran BÖLMƏSİNDƏN DİQƏR XƏBƏRLƏR

OXUCULARIN SEÇİMİ

SON XƏBƏRLƏR

yuxarı
Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır.

© Copyright 2007-2018 "The First News" İnformasiya Agentliyi,,
Bütün hüquqlar qorunur
entonee.net