1news.az

Heydər Əliyev adına NEZ-in rekonstruksiyası 800 milyon dollara başa gələcək

20 Dekabr saat 21:34 ~ 1 dəqiqəlik oxu 473
Heydər Əliyev adına NEZ-in rekonstruksiyası 800 milyon dollara başa gələcək

İspaniyanın “Tecnicas Reunidas” şirkəti tərəfindən həyata keçiriləcək Heydər Əliyev adına neft emalı zavodunun (NEZ) rekonstruksiyası 800 milyon dollara başa gələcək.

1news.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə İspaniyanın www.eleconomista.es portalı məlumat verir.

Portalın xəbərində qeyd edilir ki, Azərbaycandakı neft emalı zavodunun yenidən qurulması və modernləşdirilməsi ispan şirkəti tərəfindən həyata keçiriləcək. Xəbərdə “Tecnicas Reunidas” şirkətinin SOCAR ilə dəyəri 800 milyon dollar olan müqavilə imzaladığı və müqaviləyə əsasən, ispan şirkətinin 38 aya Heydər Əliyev adına NEZ-in yenidən qurulması və modernləşdirilməsini həyata keçirəcəyi bildirilir.

Modernləşmə nəticəsində Bakıdakı zavodun illik emal gücü 7,5 milyon tona çatdırılacaq və burada “Avro 5” standartına cavab verən benzin və dizel yanacağı istehsal olunacaq.

1news.az

OXUCULARIN SEÇİMİ
REDAKSİYANIN SEÇİMİ
İqtisadiyyat BÖLMƏSİNDƏN DİQƏR XƏBƏRLƏR

OXUCULARIN SEÇİMİ

SON XƏBƏRLƏR

yuxarı
Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır.

© Copyright 2007-2018 "The First News" İnformasiya Agentliyi,,
Bütün hüquqlar qorunur
entonee.net