1news.az

Gözəllik və istirahət üçün - Türkiyə

15 Dekabr saat 15:55 ~ 3 dəqiqəlik oxu 131
Gözəllik və istirahət üçün - Türkiyə

Azərbaycan qadınları təbiətən gözəldirlər. Amma, bununla yanaşı onlar gözəllik sahəsində müasir dünya trendlərini izləməyi də qərara alıblar.

İndi Azərbaycanda kosmetik prosedurlar və plastik cərrahiyyə bumu müşahidə edilir. Son illər plastik cərrahlara müraciət edənlərin sayı dəfələrlə artıb. Hazırda Azərbaycanda ən məşhur plastik əməliyyatlar liposaksiya, sinə böyütmə, blefaroplastika, abdominoplastika, rinoplastikadır. 

Bütün bunlar plastik cərrahiyyə sahəsində uyğun standartlara cavab verməyən saysız-hesabsız klinikaların açılması ilə nəticələnib.

Son zamanlar tez-tez “plastik cərrahiyyə” və “rekonstruktiv cərrahiyyə” anlayışlarına rast gəlinir. Bu anlayışları fərqləndirməyə dəyər.

Rekonstruktiv cərrahiyyə orqan və ya bədən hissəsinin formasını və işini yaradır və ya bərpa edir. Ona konjenital dəyişikliklər, əməliyyat və travmaların nəticələri zamanı müraciət edirlər. Rekonstruktiv cərrahiyyə plastik materialın eyni şəxsin digər yerlərindən köçürülməsi, başqa bir şəxsə orqan və toxumaların implantasiyası və ya xüsusi vasitələrlə (implantlar) implantasiyası ilə həyata keçirilir.

Rekonstruktiv əməliyyat müxtəlif ixtisaslı cərrahlar tərəfindən (plastik cərrahlar, uroloqlar, ginekoloqlar, oftalmoloqlar və başqaları) bədənin bütün hissələrində keçirilir.

Plastik cərrahiyyə estetik və rekonstruktiv olmaqla iki hissəyə ayrılır. Estetik cərrahiyyə pasientin istəyinə bağlı olaraq üz və bədən quruluşunun yaxşılaşdırılmasına, rekonstruktiv cərrahiyyə isə tibbi göstərişlərə əsasən xarici görünüşün və funksiyaların bərpa olunmasına xidmət edir. Bu cərrahiyyə növləri arasında kəskin xətt mövcud deyil. Rekonstruktiv əməliyyatlar, bir qayda olaraq özündə estetik cərrahiyyənin elementlərini daşıdığı kimi əksi də keçərlidir.

Yerli klinikaların meydana çıxdığı, amma hələ də təkmilləşmədiyi bir vaxtda Türkiyədə tibbi xidmət sahəsində görülməmiş sıçrayış baş verməkdədir. 2005-ci ildə yaranan klinika aşağıda adı çəkilən sahələrdə yüksək səviyyəli xidmət göstərir. Bunlar, LOR, plastik cərrahiyyə, estetik tibb və saç əkilməsidir. Onun başlıca iş prinsipi “birinci dəfədən hər şeyi düz etmək”dir. Bu güvənc verir.  Nəticə olaraq, klinika artıq 1000-dən artıq əcnəbi pasientə xidmət göstərib.

Anatomika klinikası bədən quruluşunun estetik korreksiyası, üzün estetik cərrahiyyəsi, üzün formalaşdırılması, sinənin estetik cərrahiyyəsi, tibbi estetika, saçlara qulluq, LOR və radiocərrahiyyə xidmətlərini təklif edir. Burada həmçinin piy hüceyrələrinin köçürülməsi ilə üzün cavanlaşdırılması, eyni zamanda endoskopik estetik cərrahiyyə də təklif olunur.

Türkiyənin estetik və plastik cərrahiyyəsi qabaqcıl texnologiya, fərdi müalicə proqramı və həkimlərin professionallığı sayəsində yüksək nəticəyə gəlib çatıb. Həkimlərin çoxu Almaniya və Avropanın digər ölkələrində çoxillik iş təcrübəsinə malikdir. Buna baxmayaraq, Türkiyədə tibbi xidmətlərin xərci Qərbi Avropa, Amerika və İsrailə baxanda daha əlçatandır.

Bununla yanaşı Türkiyədə müalicənin başqa üstünlükləri də var. Buna viza rejiminin olmaması, əlçatana qonaqlama və uçuş daxildir.

2005-ci ildə Türkiyədə səhiyyə turizminin inkişaf etdirilməsi və əcnəbi pasientlərə kömək məqsədilə Türkiyə Səhiyyə Turizmi Assosiasiyası (THTC) yaradılıb. Bu gün THTC təkcə Türkiyədə yox, bütün dünyada səhiyyə sahəsinin ən böyük assosiasiyalarından biri hesab olunur.

Türkiyə Səhiyyə Turizmi Assosiasiyası klinika seçimində kömək etməklə yanaşı, əcnəbi pasientlərə başqa üstünlüklər də təqdim edir:

- “Turkish Airlines” avia şirkətilə uçuş üçün pasient və onu müşayiət edən 2 şəxsə 50% endirim;

- Türkiyədə oteldə qalmaq üçün 50% endirim;

- Tibbi sənədlərin ödənişsiz tərcüməsi;

- Hava limanından klinikaya ödənişsiz transfer;

- Ödənişsiz tərcüməçinin təmin olunması.

Türkiyədə müalicə üçün daha ətraflı məlumatı (+994 12) 404 31 85,  (+994 50) 290 27 40  nömrələrindən və Səhiyyə Turizmi Assosiasiyasının saytından əldə edə bilərsiniz: https://map2heal.com/

Reklam hüququnda

OXUCULARIN SEÇİMİ
REDAKSİYANIN SEÇİMİ
İqtisadiyyat BÖLMƏSİNDƏN DİQƏR XƏBƏRLƏR

OXUCULARIN SEÇİMİ

SON XƏBƏRLƏR

yuxarı
Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır.

© Copyright 2007-2018 "The First News" İnformasiya Agentliyi,,
Bütün hüquqlar qorunur
entonee.net