1news.az

"Forbes": Azərbaycan biznes üçün ən yaxşı ölkələr sırasındadır"

22 Dekabr saat 12:10 ~ 1 dəqiqəlik oxu 127

Azərbaycan "Forbes" jurnalı tərəfindən tərtib olunan "Biznes üçün ən yaxşı ölkələr - 2018" adlı reytinqdə 70-ci yeri tutub.

1news.az  xəbər verir ki, reytinq 153 ölkəni əhatə edir. Siyahı Freedom House, Heritage Foundation, Property Rights Alliance, United Nations, Transparency International, World Bank Group və World Economic Forum kimi təşkilatların məlumatları əsasında tərtib olunub.

Tərtibat zamanı 15 meyar nəzərə alınıb ki, bunların arasında innovasiyalar, özəl mülkiyyət, infrastruktur, vergi sistemi və s. qeyd etmək olar.

Qonşu dövlətlərin reytinqdəki yerlərinə gəlincə, Gürcüstan 52, Türkiyə 56, Rusiya 58, Ermənistan 88-ci yerdə qərarlaşıb.

Reytinqin lideri Böyük Britaniyadır. Bu ölkəni Yeni Zelandiya, Niderland, İsveç, Kanada, Honkonq, Danimarka, İrlandiya, Sinqapur, İsveçrə kimi ölkələr izləyir.

Reytinqin autsayderi Çaddır.

1news.az

OXUCULARIN SEÇİMİ
REDAKSİYANIN SEÇİMİ
İqtisadiyyat BÖLMƏSİNDƏN DİQƏR XƏBƏRLƏR

OXUCULARIN SEÇİMİ

SON XƏBƏRLƏR

yuxarı
Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır.

© Copyright 2007-2018 "The First News" İnformasiya Agentliyi,,
Bütün hüquqlar qorunur
entonee.net