1news.az

Bakının bu küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılır

5 Yanvar saat 11:35 bir dəqiqəlik oxu 65
Bakının bu küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılır

Aparılacaq təmir işləri ilə əlaqədar olaraq bu gündən etibarən Binəqədi rayonu Məsud Davudoğlu küçəsində avtonəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq.

1news.az-ın Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə istinadən verdiyi xəbərə görə, küçə ilə hərəkətin qismən məhdudlaşdırılması təmir işləri bitənədək qüvvədə saxlanılacaq.

“Sözügedən ərazidə sıxlığın yaranmaması üçün sürücülərdən öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri xahiş olunur”, - deyə məlumatda bildirilir.

1news.az

OXUCULARIN SEÇİMİ
REDAKSİYANIN SEÇİMİ
İqtisadiyyat BÖLMƏSİNDƏN DİQƏR XƏBƏRLƏR

OXUCULARIN SEÇİMİ

SON XƏBƏRLƏR

yuxarı
Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır.

© Copyright 2007-2018 "The First News" İnformasiya Agentliyi,,
Bütün hüquqlar qorunur
entonee.net