1news.az

Azərbaycanlı iş adamı itkin düşüb

6 Yanvar saat 20:00 ~ 1 dəqiqəlik oxu 54
Azərbaycanlı iş adamı itkin düşüb

Ukraynanın Xarkov vilayətinin Krasnoqrad şəhərində azərbaycanlı sahibkar yoxa çıxıb.

1news.az-ın APA-ya istinadla verdiyi xəbərə görə, 1966-cı il təvəllüdlü iş adamı Süleyman Əhmədəliyev yanvarın 2-də şəhər ətrafındakı evindən çıxaraq, günün sonuna qədər qayıdacağını bildirib.

Onun Donetsk istiqamətinə getdiyi, bir daha geri qayıtmadığı, o vaxtdan onunla əlaqənin itdiyi bildirilir. S.Əhmədəliyev uzun müddət Xarkov şəhərində, vilayətin bir neçə şəhər sovetində çalışıb. Son zamanlar isə kənd təsərrüfatı sahəsində bizneslə məşğul olub.

Son bir neçə ildə Ukraynada 20-dən çox azərbaycanlı iş adamının oğurlandığı, bəzilərinin qətlə yetirildiyi bildirilir. Bununla bağlı ölkənin Baş Prokurorluğu cinayət işi qaldırsa da, nəticəsi yoxdur.

S.Xankişiyeva

 

OXUCULARIN SEÇİMİ
REDAKSİYANIN SEÇİMİ
Cəmiyyət BÖLMƏSİNDƏN DİQƏR XƏBƏRLƏR

OXUCULARIN SEÇİMİ

SON XƏBƏRLƏR

yuxarı
Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır.

© Copyright 2007-2018 "The First News" İnformasiya Agentliyi,,
Bütün hüquqlar qorunur
entonee.net