1news.az

ARDNF ötən il hərraclarda 3,6 mlrd. dollar satıb

5 Yanvar saat 17:21 ~ 1 dəqiqəlik oxu 58
ARDNF ötən il hərraclarda 3,6 mlrd. dollar satıb

Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) ötən ilin dekabr ayı ərzində valyuta hərraclarında satdığı vəsaitin həcmini açıqlayıb.

1news.az-a ARDNF-nin İctimaiyyətlə əlaqələr departamentindən  verilən məlumata görə, ötən ilin sonuncu ayında Fond tərəfindən valyuta hərraclarında 584,8 mln. dollar məbləğində vəsait satılıb.

Cari ilin noyabr ayında keçirilən valyuta hərraclarında ARDNF 208,9 mln. dollar satıb. Beləliklə, noyabr ayı ilə müqayisədə dekabrda Fond tərəfindən satılan valyutanın həcmi 2,8 dəfə artıb.

Ümumilikdə, yanvar-dekabr ayları ərzində ARDNF valyuta hərraclarında 3 mlrd. 598,12 mln. dollar satıb.

Qeyd edək ki, 2016-cı ildə ARDNF tərəfindən valyuta hərraclarında 4,9 mlrd. dollar satılıb ki, bu da 2015-ci illə müqayisədə 37,5% azdır.

1news.az  

OXUCULARIN SEÇİMİ
REDAKSİYANIN SEÇİMİ
İqtisadiyyat BÖLMƏSİNDƏN DİQƏR XƏBƏRLƏR

OXUCULARIN SEÇİMİ

SON XƏBƏRLƏR

yuxarı
Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır.

© Copyright 2007-2018 "The First News" İnformasiya Agentliyi,,
Bütün hüquqlar qorunur
entonee.net