1news.az

Anjelina Coli “Qızıl qlobus-2018”də göz qamaşdırıb – FOTO – VİDEO

8 Yanvar saat 10:35 ~ 1 dəqiqəlik oxu 858
Anjelina Coli “Qızıl qlobus-2018”də göz qamaşdırıb – FOTO – VİDEO

Anjelina Colinin 75-ci “Qızıl qlobus” kino mükafatlandırma mərasiminin qırmızı xalısında cazibədar libası istər KİV-in, istərsə də pərəstişkarlarının diqqətini cəlb edib.

Məşhur aktyor Bred Pittlə boşandıqdan sonra yenidən ulduz həyatına qayıdan Coli mükafatlandırma mərasiminə qatılaraq hər zamanki kimi gözəl və cazibədar olduğunu nümayiş etdirib. “Qızıl qlobus-2018”də onun çəkdiyi film “Ən yaxşı əcnəbi film” nominasiyasına layiq görülüb.

Həmçinin aktrisa qara libasda mərasimə qatılaraq Hollivuddakı ulduz təcavüzlərinə qarşı etirazını bildirib. Qırmızı xalıda Colini 14 yaşlı oğlu Paks müşayiət edib.

S.Xankişiyeva

OXUCULARIN SEÇİMİ
REDAKSİYANIN SEÇİMİ
Şou-biznes BÖLMƏSİNDƏN DİQƏR XƏBƏRLƏR

SON XƏBƏRLƏR

yuxarı
Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır.

© Copyright 2007-2018 "The First News" İnformasiya Agentliyi,,
Bütün hüquqlar qorunur
entonee.net