1news.az

14 saata və 2500 dollara başa gələn ev

5 Yanvar saat 22:35 ~ 1 dəqiqəlik oxu 63
14 saata və 2500 dollara başa gələn ev

Meksikalı layihəçilər 2500 dollara başa gələn və 14 saata tikilib istifadəyə verilən evin layihəsini təqdim ediblər.

1news.az-ın AZƏRTAC-a istinadən verdiyi xəbərə görə, evin qısa müddətə ərsəyə gəlməsində əsas səbəblərdən biri kərpicin hörgü prosesini tezləşdirən xüsusi formasıdır. Belə ki, fiqurlu kərpiclər konstruktor formasını xatırladaraq, bir-birinə çox asanlıqla geydirilir və nəticədə blok formasını alır. Bu zaman hər kərpici sementləməyə ehtiyac qalmır.

Hesablamalara görə, 47 kvadratmetrə malik evin inşasına hər biri 50 sent olan 2568 blok lazımdır.

1news.az

OXUCULARIN SEÇİMİ
REDAKSİYANIN SEÇİMİ
Dünya BÖLMƏSİNDƏN DİQƏR XƏBƏRLƏR

OXUCULARIN SEÇİMİ

SON XƏBƏRLƏR

yuxarı
Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır.

© Copyright 2007-2018 "The First News" İnformasiya Agentliyi,,
Bütün hüquqlar qorunur
entonee.net